UEFA Ramosu cəzalandıracaq?

UEFA Ramosu cəzalandıracaq?
XƏBƏR 12 Aprel 2018 / 13:05 5759
-  A +

"Real"ın kapitanı Serxio Ramos Çempionlar Liqasının ilk yarımfinal oyununu buraxa bilər.

Qol.az-ın məlumatına görə, buna səbəb müdafiəçinin UEFA-nın qaydalarını pozmasıdır.Cəzalı durumda olduğundan "Yuventus"la ötən gün keçirilən matçı tribunadan izləməli olan Ramos qarşılaşmanın son dəqiqələrində aşağı düşərək texniki zona yaxınlığında komanda yoldaşlarına dəstək verib. Bu isə UEFA-nın reqlamentinə ziddir.

Qeyd edək ki, İspaniya millisinin üzvü 1/4 finalın "Yuventus"la ilk görüşündə cəzalı duruma düşmüşdü.

Son xəbərlər
topaz banner