Dadaşov üçün mövsüm bitdi? - dizində çat var

Dadaşov üçün mövsüm bitdi? -  dizində çat var
XƏBƏR 12 Aprel 2018 / 12:05 2475
-  A +

Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparan “Dinamo”nun hücumçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib.

Qol.az-ın məlumatına görə, bu barədə Almaniya mətbuatına açıqlamasında azərbaycanlı futbolçu özü məlumat verib. Dadaşovun sözlərinə görə, onun dizində çat aşkarlanıb:

“Sol dizimdə çat əmələ gəlib. Ən yaxşı halda mayın 21-də Berlin zonası üzrə final oyununda meydana çıxa bilərəm”.

Qeyd edək ki, 26 qolla çempionatın bombardiri olan millimizin sabiq üzvü 27-ci turun “Halberstadt”la (4:2) oyununda zədələnmişdi.

Son xəbərlər
topaz banner