"And içirəm ki, Vaskesi itələməmişəm" - Benatia

"And içirəm ki, Vaskesi itələməmişəm" -  Benatia
XƏBƏR 12 Aprel 2018 / 11:15 6773
-  A +

"Yuventus"un futbolçusu Mehdi Benatia Çempionlar Liqasının 1/4 finalının "Real"la cavab oyununda onun rəqib futbolçusu Lukas Vaskesə qarşı kobud oyunundan sonra qapılarına təyin edilən penalti epizodu haqda danışıb

Qol.az-ın məlumatına görə, fransalı müdafiəçi İtaliya mətbuatına açıqlamasında matçın baş hakimi Maykl Oliverin düzgün qərar vermədiyini bildirib:

"And içirəm ki, onu itələməmişəm. Vaskes başqa yolu olmadığı üçün yıxıldı. Oyunun 90+3-cü dəqiqəsində belə vəziyyətdə penalti təyin etmək absurddur".

Xatırladaq ki, penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo bu qolla komandasını yarımfinala yüksəldib.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner