Ronaldodan ÇL-də daha bir rekord

Ronaldodan ÇL-də daha bir rekord
XƏBƏR 12 Aprel 2018 / 01:52 7533
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı hücumçu rekordunu 1/4 finalın “Yuventus”la cavab oyununda qol vurmaqla gerçəkləşdirib.

Görüşdə son nöqtəni qoyaraq komandasını yarımfinala yüksəldən futbolçu turnirdə “Yuventus”un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.

Xatırladaq ki, "Real" 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.


Son xəbərlər
topaz banner