"Mümkünsüzü bacardıq" - Buffon

"Mümkünsüzü bacardıq" -  Buffon
XƏBƏR 12 Aprel 2018 / 01:40 8751
-  A +

“Həyat davam edir. Mən fəxr edirəm ki, belə bir oyun keçirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un qapıçısı Canluicci Buffon Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab matçından (3:1) sonra deyib.

40 yaşlı qolkiper “Marca”ya açıqlamasında görüşün bu cür nəticələndiyinə təəssüfləndiyini bildirib: “Biz demək olar ki, mümkünsüzü bacardıq. Təəsüf edirəm ki, hər şey belə başa çatdı”.

Xatırladaq ki, Buffon matçın 90+3-cü dəqiqəsində hakimin onun qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub.

Son xəbərlər
topaz banner