Arazın komandası kubokla vidalaşdı

Arazın komandası kubokla vidalaşdı
XƏBƏR 12 Aprel 2018 / 00:05 2805
-  A +

Kipr kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" növbəti matçına çıxıb.

Famaqusto təmsilçisi səfərdə "Apollon”un qonağı olub. İlk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) "Anortosis" bu dəfə rəqibinə 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Start heyətdə meydana çıxan Araz matçın 85-ci dəqiqəsində əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.


Son xəbərlər
topaz banner