"Barselona" niyə uduzdu? Çətin sualdır. Hazırda Valverde özü də bu suala cavab axtarır".
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin əvəzedici komandasının sabiq baş məşqçisi Luis Araqon deyib. 2012-2015-ci illərdə əyalət klubunda çalışmış ispan mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nın səfərdə “Roma”ya 0:3 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb:
“Dünən “Roma” meydanda “Barselona”dan daha yaxşı idi. Hətta İspaniyadakı matçda da italyanlar 1:4 hesablı məğlubiyyətə layiq deyildi. Onlar hər iki görüşdə oyuna nəzarət edən tərəf idilər. Dünən də meydanda ürəklərini ortaya qoydular, öz ruhları ilə mübarizə apardılar. Növbəti mərhələyə keçəcəklərinə “Barselona”dan daha çox inanırdılar”.
Vaxtı ilə “Barselona”da seleksiyaçı-məşqçi kimi çalışan Araqonun fikrincə, Kataloniya klubu bu mövsüm ən pis oyununu sərgilədi: “Deyərdim ki, Romadakı matç “Barselona”nın bu mövsüm Çempionlar Liqasında ən pis oyunu idi. Əgər sən oyun üslubunu itirmisənsə, artıq evə getməlisən. Ötən il PSJ ilə oyunu xatırlayın. “Barselona” daha yaxşı oynadı və geri dönüş etdi. Dünən isə “Roma” mübarizə apardı və qalib gəldi. Bu futboldur. 11-in 11-ə olan oyun”.
İspan mütəxəssis bu gün keçiriləcək “Real” – “Yuventus” matçına da toxunub. Araqon “kral klubu”nun səfərdəki 3:0 hesablı qələbəsinə baxmayaraq təmkinli danışıb: “Düşünmürəm ki, oyunun taleyi Turində həll olunub. Qarşıda daha bir matç var. 90 dəqiqənin sonunda hər şey ola bilər”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi