"Atletiko" Qrizmannı buraxmaq istəmir

"Atletiko" Qrizmannı buraxmaq istəmir
XƏBƏR 11 Aprel 2018 / 21:29 3070
-  A +

“Atletiko” rəhbərliyi mövsümün sonunda “Barselona”ya keçəcəyi gözlənilən Antuan Qrizmannı komandada saxlamaq istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi bunun üçün futbolçunun müqavilə şərtlərini yaxşılaşdırmağa hazırdır. İlk növbədə 27 yaşlı futbolçunun gəliri artırılacaq. Əgər fransız oyunçu “Atletiko”da qalmağa razılıq versə, illik qazancı 20 milyon avro olacaq.

Qeyd edək ki, bir müddət öncə Qrizmannın “Barselona” ilə anlaşdığı xəbəri yayılsa da, futbolçu yaxın günlərdə mətbuata verdiyi açıqlamada məlumatı təkzib etmişdi.

Son xəbərlər
topaz banner