“Messinin videolarına baxa-baxa böyümüşəm” – Cengiz Ündər

“Messinin videolarına baxa-baxa böyümüşəm” –  Cengiz Ündər
XƏBƏR 11 Aprel 2018 / 18:20 5206
-  A +

“Mən Messinin videolarına baxa-baxa böyümüşəm. 10 yaşımdan bəri onu izləyirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında “Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər deyib.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” üzərinə parlaq qələbə qazandıqları oyunu şərh edən türk futbolçu Lionel Messi haqda da danışıb: “Meydanda ona qarşı oynamaq çox fərqli bir duyğudur. Ona görə də bu qələbəyə ikiqat sevinirəm”.

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nı 3 cavabsız qolla məğlub edən “Roma” adını yarımfinala yazdırıb. Bu komandalar arasında İspaniyada keçirilən görüşdə kataloniyalılar 4:1 hesablı qələbəyə sevinmişdilər.


Son xəbərlər
topaz banner