Alisson Şehiçi qabaqladı

Alisson Şehiçi qabaqladı
XƏBƏR 11 Aprel 2018 / 17:46 3634
-  A +

Çempionlar Liqasında 1/4 final mərhələsinin dünən keçirilən cavab oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısında dəyişiklik olub.

Qol.az-ın məlumatına görə, “Barselona”nı mübarizədən kənarlaşdıraraq, yarımfinala vəsiqə qazanan “Roma”nın qapıçısı Alisson Beker 1-ci yerə yüksəlib.

Qurtarış sayını 38-ə yüksəldən braziliyalı qolkiper uzun müddətdi bu siyahıda lider olan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçi üstələyib. Şehiçin aktivində 6 oyuna 35 qurtarış var.


Ümumi sıralama isə bu cürdür:

1. Alisson Bekker ("Roma") - 38

2. İbrahim Şehiç ("Qarabağ") - 35

3. Andrey Pyatov ("Şaxtyor") - 32

3. Yasmin Handanoviç ("Maribor") - 32

5. İqor Akinfeyev (MOİK, Moskva) - 29

Son xəbərlər
topaz banner