"Kuboku öz əlimizlə "Real"a verdik"

"Kuboku öz əlimizlə "Real"a verdik"
XƏBƏR 11 Aprel 2018 / 17:07 9007
-  A +

Çempionlar Liqasının 1/4 finalının cavab oyununda "Roma"ya 0:3 hesablı məğlubiyyət "Barselona"nın futbolçularını xeyli məyus edib.

Qol.az-ın məlumatına görə, "Sport" qəzeti oyunçuların İspaniyaya qayıdarkən kuboku əlləri ilə "Real"a verdiklərini söylədiklərini yazıb: "Çempionlar Liqasının kubokunu öz əlimizlə "Real"a verdik. "Roma"nı mübarizədən kənarlaşdırmalı idik".

Qeyd edək ki, "Barselona" ev oyununda "Roma"ya 4:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab görüşündə 0:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Son xəbərlər
topaz banner