“Roma”nın 34, “Liverpul”un 10 illik həsrəti bitdi

“Roma”nın 34, “Liverpul”un 10 illik həsrəti bitdi
XƏBƏR 11 Aprel 2018 / 01:05 5931
-  A +

“Barselona”nı 3:0 hesabı ilə darmadağın edən “Roma” Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Qol.az xəbər verir ki, bununla da İtaliya təmsilçisi 34 ildən sonra ilk dəfə qitənin ən mötəbər klub turnirində ən yaxşı 4 komanda sırasına yüksəlib.

“Roma” sonuncu dəfə hələ turnir Avropa Çempionları Kuboku adlanarkən yarımfinal həyəcanı yaşayıb və bu mərhələni də uğurla adlayıb. Finalda “canavarlar” penaltilər seriyasında “Liverpul”a uduzub.

Maraqlıdır ki, bu gün “Roma” ilə yanaşı, “Liverpul” da yarımfinala vəsiqə qazanıb. “Qırmızılar” isə sonuncu dəfə 2008-ci ildə ÇL-də bu qədər irəli getməyi bacarmışdı.

Son xəbərlər
topaz banner