"Bavariya"da iki ciddi itki

"Bavariya"da iki ciddi itki
XƏBƏR 10 Aprel 2018 / 19:18 3051
-  A +

"Bavariya"nın futbolçuları Arturo Vidal və David Alaba Çempionlar Liqasının 1/4 final mərhələsində "Sevilya" ilə cavab oyununu buraxacaqlar.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O, zədəli oyunçuların matç gününə kimi bərpa olmayacağını vurğulayıb.

Qeyd edək ki, "Bavariya" - "Sevilya" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner