Azərbaycan millisinin sabiq üzvü, vaxtı ilə “Neftçi” və “Xəzər Lənkəran” komandalarının şərəfini qorumuş, hazırda isə yetirməsi olduğu “Turan Tovuz” klubunda icraçı-direktor kimi çalışan Nadir Nəbiyev Qol.az-a müsahibə verib. Futbolumuzun hazırkı durumu ilə bağlı maraqlı fikirlər səsləndirən veteran oyunçu bir çox məqamlara toxunub.
- Futbolun içindəsiniz, yəqin, Premyer Liqamızın oyunlarını da izləyirsiniz...
- Əlbəttə, bacardığım qədər baxmağa çalışıram.
- Sizin oynadığınız vaxtla indiki çempionat arasında nə kimi fərq var? Çox şey dəyişib?
- Əsas dəyişiklik ondan ibarətdir ki, indi komandaların sayı azdır. Oyunlara əvvəlki kimi azarkeş gəlmir. Futbola maraq azalıb. Əvvəl oyun vaxtı stadiona 5-10 min azarkeş toplaşırdısa, indi 300-500 nəfər gəlir. Çempionatın səviyyəsi də əvvəlki illərlə müqayisədə aşağı düşüb.
- Sizcə, azarkeşlər niyə stadionlara gəlmirlər? Bu gün sizin işlədiyiniz “Turan Tovuz” klubunun ev matçlarına paytaxt klublarının oyunundan çox azarkeş gəlir...
- Premyer Liqa klublarının çoxu paytaxtı təmsil edir. Təbii ki, bunun təsiri var. Bölgələrdə futbola maraq daha çoxdur. Bakıda bir neçə klub olduğundan azarkeşlər bölünürlər. Amma yenə də oyunlara gözlənilən qədər fanat gəlmir. Rayonlarda isə vəziyyət fərqlidir. İnsanlar futbola böyük maraq göstərirlər.
- Bugünkü Premyer Liqa Bakı çempionatını xatırladır. Yalnız “Qəbələ” və “Kəpəz”dən başqa, digər klublar (“Qarabağ” istisnadı) paytaxtı təmsil edirlər. Aydın məsələdir ki, bu klubların da bir çoxu AFFA-nın hesabına maliyyələşir. Həmin vəsaiti bölgə klublarına yönəldib, futbolu Azərbaycanın digər rayonlarına qaytarmaq daha yaxşı olmazdımı?
- Bəli, mən də bu fikirlərlə razıyam. Son illər Tovuz və Gəncədə demək olar ki, futbolçu yetişmir. Bunlar hamısı bölgələrin Premyer Liqada təmsil olunmaması ilə bağlıdır. Halbuki vaxtı ilə bu iki şəhərdən nə qədər istedadlı futbolçu çıxıb.
- Bu mövsüm üçün “Turan Tovuz”un hədəfləri nədən ibarətdir? Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparırsınız, yoxsa yeni mövsümdən də birinci divizionda çıxış edəcəksiniz?
- Ötən il birinci divizonda çempion olduq. Klub Premyer Liqada oynamaq üçün bütün tələblərə cavab verirdi. Sadəcə, sponsor tapa bilmədik deyə bizi elitaya buraxmadılar. Ona görə də bu mövsümdən gənc futbolçularla yola davam etməyə qərar verdik. İnanırsınız, ötən il "Turan" çempion olanda uşaqlarda futbola maraq o qədər artmışdı ki, valideynlər özləri övladlarını gətirirdilər. Amma komandanın elitaya buraxılmayacağı dəqiqləşəndən sonra Tovuzda aşağı yaş qruplarında oynatmağa uşaq tapmırıq. Hətta seçim etmək üçün məktəblərə gedirik, valideynlər deyirlər ki, futbolda pul yoxdur. Artıq onlar təhsilə daha çox diqqət ayırırlar. Uşaqların çoxu hazırlığa gedir. Futbola əvvəlki kimi maraq göstərmirlər.
- 2017-ci il Azərbaycan futbolunda bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Onlardan biri də “Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanması oldu...
- “Qarabağ” Azərbaycan futbolunda böyük uğura imza atdı. Düzdür, “Qəbələ” də əvvəlki illərdə Avroliqada mərhələ adlayıb, qruplara qaldı. Amma “Qarabağ” elə bir vəziyyət yaratdı ki, artıq azarkeşlər komandalarından daha böyük uğur gözləyirlər. Qrupdan çıxmağı tələb edirlər. Çox istərdim ki, gələcəkdə “Neftçi”, “Qəbələ” də ən azı bu uğuru təkrarlasın.
- “Neftçi”dən söz düşmüşkən bu komandanın son illərdəki çıxışı ürəkaçan deyil. Sizcə, “ağ-qaralar”ı enişə aparan səbəblər nədir?
- Klubun içində olmadığım üçün bu barədə ətraflı danışmaq çətindir. Amma kənardan göründüyü qədərilə deyə bilərəm ki, səbəb son vaxtlar “Neftçi”də tez-tez rəhbərliyin dəyişməsidir. Bir də ən əsas məsələ seleksiya işlərinin düzgün aparılmamasıdır. Son illər komandaya çox sayda lazımsız legioner gətiriblər. Düşünürəm ki, uğursuzluqlar bununla bağlıdır.
Amma yenə deyirəm, komandanın daxilində olmadığım üçün nəyin necə olduğunu dəqiq bilmirəm.
- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmağını necə qarşıladınız?
- Bu, mənim çoxdan gözlədiyim təyinat idi. Həm sevinirəm ki, Qurban Qurbanov millinin sükanı arxasına keçdi. Həm də bu təyinatın gec gerçəkləşdiyinə üzülürəm. İnanıram ki, Qurban Qurbanov “Qarabağ”dakı uğurlarını yığmada da təkrarlayacaq.
- Hazırda kiçik qardaşınız Aqil Nəbiyev “Şüvəlan”ın baş məşqçisidir. Komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Onun işini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, Aqil hələ gənc məşqçidir. Hələ çox şey öyrənməlidir. Amma cavan olmasına baxmayaraq, gördüyü işi müsbət qiymətləndirirəm.
- Necə düşünürsünüz, gələcəkdə yaxşı mütəxəssis ola bilər?
- Hər şey özündən asılıdır. Öz üzərində çox işləsə, istədiyi nəticəyə nail ola bilər. Amma bunun üçün zamana ehtiyacı var.
Elnur SALAHOV
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı