“Ronaldo Di Stefanonun varisidir” – Florentino Peres

“Ronaldo Di Stefanonun varisidir” –  Florentino Peres
XƏBƏR 10 Aprel 2018 / 15:22 4166
-  A +

“Yuventus”la oyundan sonra İspaniya kralı Xuan Karlos Ronaldonu təbrik etmək üçün mənə zəng vurmuşdu. Kriştianonun qolu futbol tarixinin ən yaxşılardan biridir”.

Qol.az-ın “Goal.com”a istinadən məlumatına görə, bu sözləri “Real”ın prezidenti Florentino Peres deyib.

“Kral klubu”nun ulduzu Kriştiano Ronaldo haqda danışan Peres onu Alfredo Di Stefanonun layiqli davamçısı adlandırıb: “Dahi futbolçular “Real”ın keçmişinin əsas dəyərlərindən biridir. Di Stefano dünya futbolunun, eləcə də “Real”ın tarixini dəyişdi. O, dünyaya yayılmış “Real” əfsanəsini yaratmağa kömək etdi. Ronaldo Di Stefanonun layiqli, böyük varisidir. O da özündə “Real”ın dəyərlərini əks etdirir”.

Son xəbərlər
topaz banner