“Keşlə”nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Komandasının çempionatdakı çıxışını dəyərləndirən rumıniyalı futbolçu ölkə kubokunun yarımfinal mərhələsində “Sumqayıt”la keçirəcəkləri oyunlardan da danışıb.
- Topaz Premyer Liqanın son turunun “Kəpəz”lə səfər oyununda hesabı açan tərəf “Keşlə” olsa da, qələbə qazana bilmədiniz...
- Hesabı açsaq da, ilk hissədə pis oynadıq. Amma ikinci 45 dəqiqədə vəziyyəti lehimizə dəyişə bildik. Hətta qələbə qolunu vurmaq üçün 3-4 real imkanımız da oldu. Amma bu futboldur. Bizim üçün kubokdakı oyun daha vacibdir.
- Komandanız fasilədən sonra 2 qələbə qazanıb, 2 dəfə məğlub olub. 4 dəfə isə heç-heçəyə razılaşmısınız. Qeyri-sabit çıxışın səbəbini nədə görürsünüz?
- Düşünürəm ki, bizə davamlılıq lazımdır. Bu isə normal haldır. Çünki qış fasiləsində heyətə yeni futbolçular qoşuldu. Onların da komandaya uyğunlaşması üçün zamana ehtiyacı var. Oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Yeni heyətlə qısa zamanda yaxşı oyun göstərmək asan deyil.
- Yuri Maksimov hələ “Qarabağ”la oyundan sonra rəhbərliklə bağlı tənqidi fikirlər səsləndirmişdi. Deyəsən, komandada qalıb işləmək istəmir...
- Hazırda komandada vəziyyət yaxşıdır. Maaşlarımızı alırıq, mükafatlar da vaxtı-vaxtında verilir. Baş məşqçinin mövsümün sonunda hansı qərar qəbul edəcəyini bilmirəm. Görək, necə olacaq. Bəlkə də yayda komandaya yeni futbolçular gətirmək istəyir.
- 2 gündən sonra ölkə kubokunun yarımfinal mərhələsində “Sumqayıt”la vacib oyuna çıxacaqsınız. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Mövsümün ən vacib oyununa çıxacağıq. Bu, bizim üçün ölüm-dirim matçıdır. Meydanda əlimizdən gələnin artığını edəcəyik ki, finala vəsiqə qazanaq. Avropa Liqası üçün yeganə şansımızdır. “Sumqayıt”la oyuna final matçı kimi baxırıq.
- “Sumqayıt” qış fasiləsindən sonra uduzmayıb. Komandanın bu cür çıxışı “Keşlə”də narahatlıq yaratmır?
- Hə, onlar əla təsir bağışlayır. Yaxşı futbolçuları var. Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. “Sumqayıt”ın belə oynaması onun zəhmətinin nəticəsidir. Abasov daha yaxşı komandanın baş məşqçisi olmağa layiqdir. Amma biz də özümüzə inanırıq. Ümid edirəm ki, 2 oyunun nəticəsində finala adlayan tərəf “Keşlə” olacaq.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi