Superliqanı tərk edən ilk klub müəyyənləşdi

Superliqanı tərk edən ilk klub müəyyənləşdi
XƏBƏR 10 Aprel 2018 / 14:46 4395
-  A +

Türkiyə Superliqasında bu mövsüm elitanı tərk edən ilk klubun adı məlum olub.

Qol.az-ın xəbərinə görə, “Karabükspor” mövsümün başa çatmasına 6 tur qalmış yüksək liqa ilə vidalaşıb.

Superliqanın 28-ci turunda keçirilən “Gənclərbirliyi” – “Qalatasaray” matçında  meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəlməsi “Karabükspor”un Superliqanı tərk etməsini rəsmiləşdirib.

Qeyd edək ki, “Karabükspor” hazırda 12 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Bu komandanı 15-cı pillədə olan “Gənclərbirliyi”ndən 18 xal ayırır. 16 və 17-ci sıralarda yer alan “Konyaspor” və “Osmanlıspor”un isə 28 xalı var.

Son xəbərlər
topaz banner