Cengiz Ündər “Barselona” ilə oyuna hazırdır

Cengiz Ündər “Barselona” ilə oyuna hazırdır
XƏBƏR 10 Aprel 2018 / 13:05 2355
-  A +

“Roma”nın yarımmüdafiəçisi Cengiz Ündər Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Barselona”ya qarşı oynaya biləcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə “canavarlar”ın baş məşqçisi Eysebio di Françesko məlumat verib. Təcrübəli çalışdırıcı türk futbolçunun zədəsinin sağaldığını və ilk dəqiqələrdən meydanda ola biləcəyini bildirib.

Qeyd edək ki, “Roma” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə 22:45-də keçiriləcək. İspaniyadakı ilk görüşdə kataloniyalılar 4:1 hesablı qələbə qazanmışdı.


Son xəbərlər
topaz banner