Azarkeşlər mundialların ən gözəl qolunu seçdilər - Video

Azarkeşlər mundialların ən gözəl qolunu seçdilər - Video
XƏBƏR 9 Aprel 2018 / 21:20 3079
-  A +

FİFA-nın rəsmi "Feysbuk" səhifəsində azarkeşlər arasında dünya çempionatlarının ən gözəl  2 qolu ilə bağlı keçirdiyi sorğu başa çatıb.

Qol.az-ın məlumatına görə, martın 31-dən aprelin 9-a kimi azarkeşlər arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, Meksika millisinin sabiq futbolçusu Manuel Neqretenin DÇ-1986-da Bolqarıstanın qapısından keçirdiyi top mundiallar tarixinin ən yaxşısı olub.

Qeyd edək ki, 2-ci yeri Braziliya millisinin sabiq üzvü Ederin DÇ-1982-də SSRİ yığmasına vurduğu qol tutub.



Son xəbərlər
topaz banner