Kloppdan Salahla bağlı açıqlama

Kloppdan Salahla bağlı açıqlama
XƏBƏR 9 Aprel 2018 / 19:45 6105
-  A +

"Liverpul"un zədəli futbolçusu Məhəmməd Salahın "Mançester Siti"yə qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək cavab matçında oynayıb-oynamayacağı hələlik  məlum deyil.

Qol.az xəbərinə görə, klubun baş məşqçisi Yurgen Klopp UEFA-nın saytına açıqlamasında deyib: "Salahın "Mançester Siti"yə qarşı oynamaq ehtimalı var. Amma biz məşqlərin sonunu gözləməliyik. Sonra yekun qərar verəcəyik".

Qeyd edək ki, M.Salah "Mançester Siti" ilə ilk oyunda zədələnib.

Əlavə edək ki, "Mançester Siti" - "Liverpul" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk matçda "Liverpul" 3:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner