Kapello məşqçi karyerasını bitirdi

Kapello məşqçi karyerasını bitirdi
XƏBƏR 9 Aprel 2018 / 14:08 3104
-  A +

Məşhur italiyalı mütəxəssis Fabio Kapello məşqçi karyerasını bitirib.

Qol.az-ın xəbərinə görə, bu barədə ölkəsinin mətbuatına açıqlamasında 71 yaşlı məşqçi özü məlumat verib.

Kapello ötən ay ayrıldığı “Tszyansua Sunin”in onun məşqçi kimi sonuncu iş yeri olduğunu açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində “Milan”, “Yuventus”, “Real” və “Roma” klublarını, eyni zamanda İngiltərə və Rusiya mililərini çalışdıran təcrübəli mütəxəssis bu 4 klubun hər biri ilə ölkə çempionluğunu qazanıb.

Son xəbərlər
topaz banner