"Qəbələ"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 22-ci turunda "Zirə" ilə səfər heç-heçəsini (1:1) şərh edən futbolçu digər məqamlara da toxunub.
- Sabiq komandana qarşı oynadığın görüş haqda nə deyə bilərsən?
- Çətin səfər idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. "Zirə" fasilədən sonra qələbə qazana bilməyib. Bilirdik ki, bizimlə oyuna daha aqressiv çıxacaq. Gözlənilən kimi də oldu. Çempionatın ən gərgin oyunlarından biri idi. Düzdür, meydana 3 xal üçün çıxmışdıq. Hesabda geri düşsək də, oyun intizamından qopmadıq, hesabı bərabərləşdirdik. Qələbə topunu da vura bilərdik. Amma alınmadı.
- Özün də qeyd etdin ki, "Zirə" aqressiv oynadı. Sanki Qəbələdəki oyunda baş verən gərginlik bu matçda da hiss olunurdu...
- Rəqib haqda danışa bilmərəm. Amma biz həmin hadisələri unutmuşuq. Hər şey meydanda oldu, orada da qaldı. Bu oyuna tam fərqli çıxdmışdıq. Qəbələdəki matçın aqressivliyi yox idi. Deyim ki, "Zirə"yə qarşı başqa cür hazırlaşmışdıq, elə deyil.
- Rəvan Həmzəzadənin idarəçiliyi ilə bağlı nə deyə bilərsən? Bəzi komanda yoldaşların bildiriblər ki, hakim "Qəbələ"nin qələbə qazanmasına mane oldu. Sən bu fikirlərlə razılaşırsan?
- Mən heç vaxt hakimlik haqda danışmağı xoşlamamışam. O, meydanda təkdir, biz isə çoxuq. İnsandır, səhv edə bilər. Amma əgər onun işi hakimlikdirsə, daha diqqətli olmalıdır. Çünki oyun ərzində hərdən elə səhvlər olur ki, söz tapa bilmirsən. "Keşlə" ilə oyunda Ruslanın 90-cı dəqiqədə vurduğu qolu saymadılar, təmiz penaltimiz verilmədi. Bu hallar çempionatın sonunda bizi medallardan edə bilər. Bütün uğursuzluğu hakimə bağlamaq istəmirəm. Ancaq bir az daha diqqətli olsalar, yaxşı olar.
- Maraqlıdır ki, qarşı tərəf də xal itkisinə görə baş hakimi günahlandırır...
- Qələbə qazanılmayanda heç kim hakimdan razı qalmır. Deməzdim ki, kobud səhvlərə yol verdi. Əslində oyunun təhlilinə dəqiq baxmamışıq. Ancaq klub rəsmilərimizdən epizodu görənlər deyirlər ki, penaltimiz verilməyib.
- Fasilədən sonra "Qəbələ" özünə bənzəmir. Qeyri-sabit çıxışın səbəbini nədə görürsən?
- Buna qeyri-sabit çıxış deməzdim. Hər şey çempionatın gərginliyi ilə bağlıdır. Oyunlar çox çətin keçir. Qışdan sonra tam fərqli çempionat izləyirik. Komandalar çox yaxşı müdafiə olunurlar. Böyük klublara qarşı inamla müdafiə olunurlar. Onların müdafiə xəttini yarmaqda çətinlik çəkirik. İnanıram ki, tezliklə hər şey qaydasına düşəcək. Qarşıdan sıx qrafik gəlir. Həm kubokda, həm də çempionatda çətin oyunlarımız olacaq. Komanda şəklində əl-ələ verib, vəziyyətdən çıxmağa çalışacağıq.
- Bəlkə "Qarabağ"ın çempionluğa çox yaxın olması "Qəbələ"də ruh düşkünlüyü yaradıb...
- Yox, ruh düşkünlüyündən söhbət gedə bilməz. Çünki komanda olaraq həm çempionatda, həm də kubokda hər oyuna maksimum nəticə üçün çıxırıq. Sadəcə, sanki bəxt bizdən üz döndərib.
- Qarşıda "Neftçi" ilə kubok oyunu var. Rəqib də tamamilə ölkə kubokunu qazanmağa köklənib. Bu barədə nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. Kubok oyunları çempionat matçlarından fərqli olur. Çünki burada hər şeyə 2 oyunun nəticəsində aydınlıq gəlir. İlk matçı evdə keçirəcəyik. Doğma azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Daha diqqətli olmalıyıq. Evdə top buraxmayıb, cavab görüşünə rahat çıxmalıyıq.
- "Qəbələ"dən fərqli, "Neftçi" fasilədən sonra inamlı çıxışı ilə diqqət çəkir. Rəqibin yüksəlişdə olması sizi narahat etmir?
- Xeyr, komandada heç bir narahatlıq, qorxu yoxdur. Amma biz hər bir komandanı ciddi rəqib kimi görürük. Oyuna yaxşı hazırlaşacağıq. Vaxtımız azdır. Rəqibi daha yaxşı təhlil edib, boşluqlarından yararlanmağa çalışacağıq.
Elnur SALAHOV
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı