Topaz Premyer Liqanın 22-ci turunun “Qarabağ” – “Səbail” oyununda (1:0) matçın taleyini həll edən qolun müəllifi olan Riçard Almeyda ikiqat yubileyə imza atıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə göprə, Ağdam klubunun Azərbaycan çempionatlarında 1100-cü qolunu vuran milliləşən braziliyalının şəxsi yubileyi nisbətən arxa planda qalıb.
Hərçənd yarımmüdafiəçi “Qarabağ”ın heyətində özünün 50-ci qolunu vurub. Bu matçadək müxtəlif turnirlərdə keçirdiyi 233 oyunda 49 dəfə rəqib qapısına yol tapan Almeyda 100-ü “Səbail”lə qarşılaşmada yarılayıb. Buna “Qarabağ”da keçirdiyi 234-cü matçda nail olan cənubi amerikalı çempionatda 38, kubokda 5, avrokuboklarda 7 dəfə sevinib. Braziliyalı Ağdam təmsilçisində ilk qolunu 2012-ci il avqustun 19-da vurub. Həmin gün Riçard “Sumqayıt”la səfərdəki Premyer Liqa qarşılaşmasında fərqlənməklə 6:1 hesablı qələbədə pay sahibi olub.
Qeyd edək ki, Almeyda “Qarabağ”ın tarixinə 50 və daha çox qol vuran 5-ci futbolçu kimi düşüb.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi