"Neftçi"də ciddi itki: kapitan oynamayacaq

"Neftçi"də ciddi itki:  kapitan oynamayacaq
XƏBƏR 9 Aprel 2018 / 10:40 2586
-  A +

“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Qol.az-ın xəbərinə görə, buna səbəb müdafiəçinin son turda “Sumqayıt”la oyunda cəzalı duruma düşməsidir.

Millimizin üzvü 2:2 hesabı ilə başa çatan matçda mövsümdə 4-cü sarı vərəqəsini alıb.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu aprelin 15-də keçiriləcək.

Son xəbərlər
topaz banner