Halilhodziç Yaponiya millisindən qovuldu

Halilhodziç Yaponiya millisindən qovuldu
XƏBƏR 9 Aprel 2018 / 09:50 2226
-  A +

Yaponiya Futbol Federasiyası millinin baş məşqçisi Vahid Halilhodziçi istefaya göndərib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, buna səbəb milli komandanın yoldaşlıq oyunlarında zəif çıxışı olub.

Bu il Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Yaponiya millisi sınaq matçlarında Malta ilə heç-heçə (1:1) edib, Ukraynaya isə uduzub – 1:2.

Qeyd edək ki, bosniyalı mütəxəssis 2015-ci ildən Yaponiya millisini çalışdırırdı.

Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner