"Bizim "İnter"lə gözəl sevgi hekayəmiz var" - Ronaldo

"Bizim "İnter"lə gözəl sevgi hekayəmiz var" - Ronaldo
XƏBƏR 8 Aprel 2018 / 12:55 4150
-  A +

“Müqavilə müddətini uzatmaq üçün “Barselona” ilə danışıq aparmışdım. Amma sonradan bu komandadan ayrılmağa qərar verdim. Çünki artıq klub rəhbərliyinə inamım qalmamışdı”.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldo deyib. 1996-1997-ci illər mövsümündə “Barselona”nın şərəfini qoruyan veteran futbolçu daha sonra İtaliya “İnter”inə keçməsinin səbəblərini açıqlayıb:

“Qərarımı verdikdən sonra “İnter” variantı yarandı və mənim üçün maraqlı təklif idi. Həmin vaxt A Seriyası dünyanın ən yaxşı və ən çətin çempionatı idi. O vaxt üçün ən yaxşı seçimi etdim”.

Ronaldo İtaliya çempionatındakı debütünü də xatırlayıb: “San-Siro" ağzına qədər dolu idi. Stadion çox möhtəşəm görünürdü. Təkcə ilk oyunum zamanı yox, orada keçirdiyim hər gün xüsusi hisslər yaşadım. Bizim “İnter”lə gözəl sevgi hekayəmiz var. Məhz bu komandada “fenomen” oldum, məni bu adla çağırmağa başladılar. Həmişə “İnter”ə minnətdar olacağam”.

Qeyd edək ki, 1997-ci ildə “Barselona”dan “İnter”ə keçən Ronaldo 5 mövsüm Milan klubunun şərəfini qoruyub.

Son xəbərlər
topaz banner