"Qəbələ" Topaz Premyer Liqanın 22-ci turunun bu gün keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Zirə İdman Kompleksinin meydanında keçiriləcək matç rəqiblər arasında 14-cü duel olacaq. İlk dəfə 2015-ci ildə qarşılaşan komandalar indiyədək 13 oyunda üz-üzə gəliblər. Bugünkü oyuna qədər “Qəbələ” daha çox – 6, “Zirə” isə 3 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib.
“Qırmızı-qaralar” top fərqində də üstündür. Komanda 21 qol vurub, 12-ni buraxıb. “Qəbələ”nin qollarına 14 oyunçu imza atıb. Aleksey Qay hamıdan çox - 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə, son 11 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.
Keçirilən 13 oyundan 11-i çempionat, 2-si kubok çərçivəsində baş tutub. Premyer Liqada 4 qələbə qazanan “qırmızı-qaralar” eyni sayda heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısına 14 dəfə yol tapan komanda rəqibin 10 qoluna üzülüb.
Səfərdə 7-ci dəfə “Zirə”ylə qarşılaşacaq “Qəbələ” rəqib meydanında 3 dəfə qalib gəlib, 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Səfərdə 10 dəfə qol sevinci yaşayan əyalət klubunun futbolçuları 6 top buraxıb.
Xatırladaq ki, “Zirə” - “Qəbələ” oyunu aprelin 8-də keçiriləcək. Qarşılaşma saat 16:30-da başlayacaq.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi