“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike Topaz Premyer Liqanın 22-ci turunun “Səbail”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu əvvəlcə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı dəyərləndirib.
- Növbəti çətin oyunumuzu keçirdik. Rəqib yaxşı müdafiə olundu, bizə çətinlik yaşatdı. Amma buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Titul uğrunda mübarizəmizi davam etdiririk.
- Qış fasiləsindən sonra qol vurmaqda çətinlik çəkirsiniz. Bu, nə ilə bağlıdır?
- Bunu bir az şansla əlaqələndirərdim. Digər tərəfdən, komandalar bizə qarşı oyunlarda qapanırlar. Hətta “Qəbələ” də bura gələndə müdafiəmeylli futbol sərgilədi. 1 və ya 3 top fərqi ilə qələbə qazanmağın heç bir fərqi yoxdur. Hər ikisi sizə qələbə gətirir. İnanıram ki, növbəti oyunlarda daha çox qol vura biləcəyik.
- “Qəbələ” ilə xal fərqi artdı.Özünüzü çempion kimi hiss edirsiniz və oyunlara necə motivasiya olursunuz?
- Komandada danışıq olub ki, digər oyunlara və rəqiblərin xallarına fikir verməməliyik. Öz oyunumuza köklənməyə çalışırıq. Bugünkü futbol elədir ki, rəqiblər bizə rahatlaşmağa imkan vermir.
- Bu reallıqdır ki, “Qarabağ” yerli çempionatda rəqibsizdir. Hazırkı vəziyyət avrokuboklardakı çıxışınıza necə təsir edə bilər?
- Əvvəlki illərdə necə olduğunu deyə bilmərəm. Amma son 6-7 aylıq təcrübə əsasən deyə bilərəm ki, çempionatın ilk hissəsində rəqiblər bizə qarşı daha açıq oynayırdılar. Hücum etmək daha asan idi. Çempionlar Liqasında da ilk oyunlarımız alınmasa da, sonradan öz oyunumuzu tapdıq.
- Mövsüm artıq sona yaxınlaşır. Yunanıstan mətbuatının yaydığı məlumata görə, PAOK transferiniz üçün 5 milyon avro tələb edir...
- Həm müqavilə ilə məxsus olduğum klub, həm də menecerim qərara gəlmişik ki, bu barədə açıqlama verməyək. Klublar öz aralarında hansı qərarı versələr, o da olacaq. Mən oyunlara köklənməyə çalışıram.
- “Qarabağ” rəhbərliyinin yerində olsaydınız, Pedro Enrikeyə görə PAOK-a 5 milyon avro verərdiniz?
- (Gülür). Pulum olsaydı, verərdim.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi