Kontenin yerinə 2 əsas namizəd

Kontenin yerinə 2 əsas namizəd
XƏBƏR 7 Aprel 2018 / 12:53 3887
-  A +

“Çelsi” mövsümün sonunda komandadan gedişi gündəmdə olan Antonio Konteninin əvəzinə yeni baş məşqçi axtarışlarını davam etdirir.

Qol.az-ın “Sky Sports”a istinadən məlumatına görə, London klubunun rəsmiləri artıq onlardan 2-si – Massimilyano Alleqri və Luis Enrike ilə ilkin danışıq aparıblar. Amma hələlik bu mütəxəssislər arasında seçim edilməyib. “Çelsi” rəhbərliyi əvvəlcə yeni baş məşqçi ilə daha sıx işləyə biləcək idman direktoru tapmaq istəyir.

Qeyd edək ki, komandanın cari mövsümdəki uğursuz çıxışından narazı olan “Çelsi”nin sahibi Roman Abramoviçin yayda Konteni istefaya göndərəcəyi gözlənilir.

Son xəbərlər