"Keşlə"nin "Qarabağ"la oyunu bizi qorxutmur" - "Kəpəz"in futbolçusu

"Keşlə"nin "Qarabağ"la oyunu bizi qorxutmur" -  "Kəpəz"in futbolçusu
XƏBƏR 7 Aprel 2018 / 00:40 2012
-  A +

“Rəqibimiz son oyunlarda yaxşı çıxış edir, inamlı təsir bağışlayır. Sonuncu turda “Qarabağ”la görüş onların necə komanda olduğunu göstərdi. Amma bu, bizi əsla qorxutmur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Tural Nərimanov deyib.

Klubun rəsmi saytına açıqlama verən müdafiəçi Topaz Premyer Liqasının 22-ci turunda qarşılaşacaqları “Keşlə” haqda fikirlərini bölüşüb. Nərimanov komandanı çətin oyunun gözlədiyini əlavə edib:

“Neçə oyundu ki, qələbə qazanmırıq. Buna “Keşlə” ilə oyunda son qoymaq istəyirik. Əsas məqsədimiz azarkeşlərimizi sevindirməkdir. Rəqibi təhlil etmişik, buna uyğun da hazırlaşmışıq. Məşqçilər hər məşqdə müvafiq tapşırıqlarını veriblər. Onlara qarşı necə çıxış etməli olduğumuzu bilirik”.

Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Keşlə" oyunu saat 15:00-da başlayacaq.

Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi