"Qarabağ Vyana"dan səfər qələbəsi

"Qarabağ Vyana"dan səfər qələbəsi
XƏBƏR 7 Aprel 2018 / 00:10 2563
-  A +

Avstriyanın 3-cü liqasında 26-cı turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin çıxış etdiyi “Qarabağ Vyana” bu tur səfərdə “Parndorf”la qarşılaşıb. Görüş Vyana təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb. Bədəlov sonadək oynayıb, Nağıyev isə 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Qarabağ Vyana” hazırda 31 xalla 8-ci pillədədir.

Son xəbərlər