"Kəpəz"də iki itki

"Kəpəz"də iki itki
XƏBƏR 6 Aprel 2018 / 16:50 2461
-  A +

Topaz Premyer Liqasının 22-ci turunda “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinə qarşı oyunda “sarı-göylər”in iki oyunçusu iştirak etməyəcək.

Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcək. Ötən tur “Zirə” ilə ev oyununda zədələnən Şəhriyar Əliyevin durumu isə yaxşıdır.

Son xəbərlər