Salahın durumuna aydınlıq gəldi

Salahın durumuna aydınlıq gəldi
XƏBƏR 6 Aprel 2018 / 16:23 5729
-  A +

Çempionlar Liasının 1/4 finalının "Mançester Siti" ilə ilk oyununda zədələnə "Liverpul"un futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, misirli yarımmüdafiəçinin zədəsi ciddi deyil.

Lakin o, sabah Premyer Liqanın 33-cü turunda "Everton"la keçiriləcək oyunda iştirak etməyəcək. Baş məşqçi Yurgen Klopp komandanın əsas qol silahını qorumaq üçün ona istirahət verəcək.

Salahın Çempionlar Liasının 1/4 finalının "Mançester Siti" ilə aprelin 10-da keçiriləcək cavab matçına qədər hazır olacağı bildirilir.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu