"Beşiktaş"da ciddi itki

"Beşiktaş"da ciddi itki
XƏBƏR 6 Aprel 2018 / 13:40 3003
-  A +

"Beşiktaş”ın hücumçusu Vaqner Lav sıradan çıxıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu məşq zamanı ayağından zədə alıb.

Onun əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən futbolçu azı 2 həftə meydana çıxa bilməyəcək.

33 yaşlı forvard Super Liqada “Göztəpə” və “Akhisarspor”la oyunlarda, eləcə də Türkiyə kubokunun “Fənərbaxça” ilə derbi görüşündə komandasına kömək edə bilməyəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner