“Ardıcıl bir neçə oyunda qalib gəlməsək də, qələbəyə yaxın olduq. Buna baxmayaraq, özümüzə daim güvəndik”.
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin və "Aue"nin üzvü Dmitri Nazarov deyib.
O, Almaniya mətbuatına açıqlamasında komandasının son vaxtlar uğurlu çıxış etdiyini bildirib: “Qazandığımız xallar komandamızda özünəinamı daha da artırdı. İndi zəhmətimizin bəhrəsini görürük. Xüsusən də, “Qreyter Fürt”lə (2:1) oyunu yüksək səviyyədə keçirdik. Artıq çempionatda rəqiblər bizə hörmət edirlər”.
Sabah II bundesliqanın 29-cu turunda “Sankt-Pauli” ilə keçiriləcək oyunla bağlı da danışan 28 yaşlı yarımmüdafiəçi qələbəyə inandıqlarını deyib: “Biz hələ heç nəyə nail olmamışıq. Çünki çempionat çox ağır keçir. Beş komandanın 36, dördünün isə 37 xalı var. Tempi bu cür davam etdirmək, hətta bir qədər də artırmaq lazımdır. “Sankt-Pauli” ilə görüşdə də qələbəni hədəfləyirik. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. Artıq yeni stadionda oynayacağıq. 10 mindən çox azarkeş gözləyirik. Stadionda atmosfer yüksək olacaq”.
Qeyd edək ki, hazırda 36 xalla 15-ci pillədə qərarlaşan "Aue" son 7 oyunun 4-də heç-heçə edib, 3-də qalib gəlib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video