Millimizin sabiq üzvü Almaniyada klubunu dəyişdi

Millimizin sabiq üzvü Almaniyada klubunu dəyişdi
XƏBƏR 6 Aprel 2018 / 09:45 3536
-  A +

Millimizin sabiq üzvü, hazırda Berlin "Dinamo"sunda çıxış edən Rüfət Dadaşov yayda komandasını tərk edəcək.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu 3-cü Bundesliqada çıxış edən “Proyssen” klubu ilə anlaşıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

"Dinamo" ilə yayda müqaviləsi başa çatacaq futbolçu yeni klubunda gələn mövsümdən çıxış edəcək.

Qeyd edək ki, Dadaşov hazırda 23 qolla Şimal Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner