Yığmamız "Səbail"ə uduzdu

Yığmamız "Səbail"ə uduzdu
XƏBƏR 5 Aprel 2018 / 13:34 2498
-  A +

Təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Azər Məmmədovun rəhbərlik etdiyi yığma "Səbail"in 17 yaşlılarından ibarət komandası ilə qarşılaşıb. Görüş U-16-nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail"ə qələbə qazandıran qolu Xəlil Bəşirov vurub.

Son xəbərlər
topaz banner