Araz oynadı, komandası xal itirdi

Araz oynadı, komandası xal itirdi
XƏBƏR 4 Aprel 2018 / 20:22 2955
-  A +

Kipr çempionatında 31-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu gün növbəti matçına çıxıb. Pley-off qrupunda mübarizə aparan Famaqusta təmsilçisi evdə APOEL-li qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Araz oyunun 69-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 64-ə yüksəldən “Anortosis” 3-cü pillədəki yerini qoruyub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner