"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başladı

"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başladı
XƏBƏR 4 Aprel 2018 / 19:25 1469
-  A +

Ötən turda "Qəbələ" ilə qarşılaşan “Sumqayıt” 1 günlük istirahətin ardından məşqləri bərpa edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Nəzərinizə çatdıraq ki, komandanın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq