"Barselona"dan ayrıldığım üçün təəssüflənmirəm" - Enrike
“Bəlkə də inandırıcı olmayacaq, amma kataloniyalılar fantastik insanlardır. Onlar yaxşı yaşayırlar. Şəhər və əhali İspaniyanın digər hissəsi ilə müqayisədə daha çox inkişaf edib”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Marca” nəşrinə açıqlamasında “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike deyib. Hazırda Kataloniyada yaşayan mütəxəssis şəhər və yerli əhali haqda müsbət fikirlər səsləndirib:
“Buranın insanları təhsillidirlər. Hamıya hörmətlə yanaşır və çox işləyirlər. Kataloniyada yaşamağa davam edirəm”.
Enrike Kataloniyanı təmsil edən sabiq klubu “Barselona” barədə də fikirlərini açıqlayıb: “Barselona”dan ayrıldığım üçün təəssüflənmirəm. İnsan gərək, özünü tamamilə işinə verə. Vəzifənin başa çatdığını görəndə qərar qəbul etməlisən. Mən də belə etdim”.
Qeyd edək ki, Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb.