“Olimpiakos” baş məşqçisiz qaldı

“Olimpiakos” baş məşqçisiz qaldı
XƏBƏR 4 Aprel 2018 / 01:37 1996
-  A +

“Olimpiakos” baş məşqçisi qalıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Oskar Qarsiya vəzifəsindən ayrılıb.

İspan mütəxəssisin klub rəhbərliyi ilə apardığı danışıqlar müsbət yekunlaşıb və onun sözləşməsinə qarşılıqlı şəkildə xitam verilib.

Qarsiya Yunanıstanda cəmi 3 ay çalışıb. Komandanın son zamanlarkı uğursuz çıxışı prezident Evangelos Marinakisi özündən çıxarıb. O, komandanın futbolçularını 400 min avro həcmində cərimələyib.

Qeyd edək ki, “Olimpiakos” son 8 oyunda cəmi 3 qələbə qazanıb. Komanda lider AEK-dən 1 oyun artıq keçirməklə 3 xal geri qalır.

 


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq