Ronaldonun ÇL-dəki ən erkən qolu

Ronaldonun ÇL-dəki ən erkən qolu
XƏBƏR 4 Aprel 2018 / 01:16 6109
-  A +

“Real”ın hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Yuventus”la səfərdə qarşılaşmasında (0:3) üçüncü dəqiqədə hesabı açıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bununla da portuqaliyalı ulduz qitənin bir nömrəli klub turnirində ən erkən qolunu vurub. Belə ki, Ronaldo hakimin start fitindən 107 saniyə sonra fəqlənib. 

Qeyd edək ki, Kriştianu ümumilikdə Buffonun qapısına 9-cu dəfə qol vurub.

Son xəbərlər
topaz banner