“Qəbələ”də növbəti itki

“Qəbələ”də növbəti itki
XƏBƏR 3 Aprel 2018 / 21:29 2010
-  A +

Topaz Premyer Liqanın 22-ci turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” daha bir itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, komandanın yarımmüdafiəçisi Elvin Camalov cəzalı duruma düşüb.

23 yaşlı oyunçu ötən tur “Sumqayıt”la oyunda sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, müdafiəçi Vitali Vernidub da zədə səbəbindən “Zirə” ilə aprelin 8-də keçiriləcək səfər oyununu buraxacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq