Aquero "Liverpul"la oyunu buraxacaq

Aquero "Liverpul"la oyunu buraxacaq
XƏBƏR 3 Aprel 2018 / 20:32 2097
-  A +

"Mançester Siti"nin hücumçusu Serxio Aquero Çempionlar Liqasının 1/4 finalında sabah “Liverpul”la keçiriləcək oyunu buraxacaq.

Qol.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Xosep Qvardiola bu gün keçirilən mətbuat konfransında deyib.

O, bir müddətdir zədədən əziyyət çəkən argentinalı forvardın hələ oynamağa hazır olmadığını bildirib.

Qeyd edək ki, “Liverpul” -  “Mançester Siti” matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner