Messi “Roma”ya qarşı oynayacaq?

Messi “Roma”ya qarşı oynayacaq?
XƏBƏR 3 Aprel 2018 / 19:45 4344
-  A +

Bir müddətdir zədədən əziyyət çəkən “Barselona”nın hücumçusu Lionel Messi artıq sıraya dönüb.

Qol.az-ın xəbərinə görə, bunu komandanın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının 1/4 finalında sabah “Roma” ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, argentinalı futbolçunun sabahkı oyunda meydana çıxacağını bildirib. Serxio Busketsin də komanda ilə məşqlərə başladığını deyən ispaniyalı çalışdırıcı onun da oyuna hazır olduğunu qeyd edib.

Xatırladaq ki, “Nou Kamp”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq