"Liverpul"un futbolçusu üçün mövsüm erkən başa çatdı

"Liverpul"un futbolçusu üçün mövsüm erkən başa çatdı
XƏBƏR 3 Aprel 2018 / 17:15 3071
-  A +

"Liverpul"un futbolçusu Joel Matip üçün bu mövsüm erkən başa çatıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasının 32-ci turunda "Kristal Pelas"a qarşı matçda zədələnən kamerunlu müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Əməliyyat olunacaq 26 yaşlı oyunçunun mövsümün qalan hissəsini buraxacağı bildirilib.

Qeyd edək ki, "Kristal Pelas" - "Liverpul" görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner