"Qurban Qurbanova nəyisə sübut etmək istəmirdim"

"Qurban Qurbanova nəyisə sübut etmək istəmirdim"
ÖLKƏ FUTBOLU 3 Aprel 2018 / 15:00 4485
-  A +

"Qarabağ"la səfər matçının çətin keçəcəyini bilirdik. Açığı, komandamızdan bu cür oyun gözləmirdim".

Bu sözləri Qol.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Slavik Alxasov deyib.

Təcrübəli futbolçu Topaz Premyer Liqanın 21-ci turunda "Qarabağ"la 1:1 hesablı səfər heç-heçəsini şərh edib: "Zarafat deyil, Çempionlar Liqasının qrup mərhələsində oynamış komandanın qarşısına çıxmışdıq. Deyərdim ki, mövsüm ərzində ən yaxşı oyunumuzu keçirdik. Olduqca baxımlı və gərgin qarşılaşma oldu".

"Qarabağ"la oyunun 34-cü dəqiqəsində baxımlı zərbə ilə komandasını hesabda önə çıxaran Alxasov vurduğu qoldan da danışıb: "Hə, vurduğum qol baxımlı alındı. Sevinirəm ki, belə bir oyunda fərqləndim və komandama xal qazandırdım. İkinci hissədə "Qarabağ" bir az tempi yüksəltdi və hesabı bərabərləşdirdi. Amma səfərdə 1 xal pis nəticə deyil. Bu heç-heçə bizim üçün qələbəyə bərabər oldu".

Slavik "Oyun ərzində çox istəkli görünürdün. Sanki millinin son toplanışına səni dəvət etməyən Qurban Qurbanova nəyisə sübut etmək istəyirdin" sualına isə belə cavab verib: "Yox, nəyisə sübut etmək istəmirdim. Sadəcə, oyunum yaxşı alındı. Qurban Qurbanov millinin son toplanışında bütün oynayan futbolçulara dəvət göndərmişdi. Bu amil özü mənə görə əlavə stimuldur. Kimliyindən asılı olmayaraq, hansı futbolçu oynayırsa, özünü yaxşı tərəfdən göstərirsə, o da milliyə dəvət alır. Bu, bizim üçün bir şansdır".

Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər