"Üç cəbhədə - A Seriyası, İtaliya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdiririk. Hər 3 turnirdə yaxşı çıxış etməyə çalışırıq. Bu, hamı üçün qürur mənbəyi olmalıdır".
Qol.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri deyib.
İtaliya mətbuatına danışan mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün "Real"la keçiriləcək oyun barədə fikirlərini açıqlayıb: "Çempionlar Liqasının ən güclü klublarından biri ilə qarşılaşacağıq. Bu oyunda yaxşı top fərqi ilə qalib gəlməliyik. Əsas hədəfimiz Çempionlar Liqasını qazanmaqdır. Ona görə də hər iki oyunda səhv buraxmamalıyıq".
İtaliyalı mütəxəssis Çempionların Liqasının favoritlərinin adlarını da çəkib: "1/4 finalda hər zaman güclü komandalara qarşı oynayırıq. Bu il "Real", "Barselona", "Bavariya" və "Mançester Siti" titulu qazanmağa əsas namizəddirlər. Ona görə də hədəfə çatmaq üçün yaxşı oynayıb, mümkün olan hər şeyi etməliyik".
Qeyd edək ki, bu gün keçiriləcək "Yuventus"- "Real" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi