Rəşad Sadıqovun komandası üçün növbəti rəqib

Rəşad Sadıqovun komandası üçün növbəti rəqib
XƏBƏR 3 Aprel 2018 / 11:17 2194
-  A +

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, ayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

Oyunların keçiriləcəyi stadion və başlama saatı hələlik müəyyənləşməyib.


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner