“Neftçi”dən təklif alanda Gerye ilə məsləhətləşdim”

“Neftçi”dən təklif alanda Gerye ilə məsləhətləşdim”
ÖLKƏ FUTBOLU 3 Aprel 2018 / 00:01 5329
-  A +

“Neftçi”nin yeni transferi Soni Mustivar Topaz Premyer Liqanın 21-ci turunun “Səbail”lə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda fikirlərini açıqlayıb.

- Azərbaycan çempionatında ilk oyununuzu keçirdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Fikrimcə, olduqca sürətli və gərgin çempionatdır. Elə oyunumuz da çox maraqlı alındı. İntensivlik yüksək idi.

- Bura gələnə qədər təxminən 2 ay futbol oynamamısınız. Meydanda hər hansı çətinlik yox idi?

- Sonuncu klubumla müqavilə müddəti bitmişdi. Ona görə 2 ay klubsuz qaldım. Daha sonra “Neftçi”nin nümayəndələri mənimlə əlaqə saxladılar və dedilər ki, belə bir variant var. Araşdırdım, gördüm ki, yaxşı, tarixi zəngin olan komandadır. Sonda razılıq verdim.

- “Qarabağ”da həmvətəniniz Donald Gerye çıxış edir. “Neftçi”dən təklif alanda onunla məsləhətləşdiniz?

- Əlbəttə, onunla danışdım. Bundan sonra bildim ki, Bakıda həyat necədir. Çempionat haqda da bəzi şeyləri soruşdum. Bildirdi ki, Premyer Liqanın səviyyəsi yaxşıdır. Əsas bunları danışdıq.

- Oyuna daxil olduqdan dərhal sonra qol vurmaq üçün əla fürsət yaxaladınız. Amma zərbə kuryoz alındı. Deyəsən, həyəcanlandınız...

- Topu bilərəkdən buraxmadım. Yaxşı epizod idi. Topun trayektoriyasını düz hesablamadım. Həyəcanla heç bir əlaqəsi yoxdur. Topa zərbə endirə bilməsəm də, yaxşı ötürmə alındı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner